cavabın tarixi: 05.11.2024
Əgər kredit müqaviləsində zaminlik, girov və ya birgə borcluluq yoxdursa, bank ailə üzvlərinizin adına olan əmlaka iddia qaldıra bilməz. Borclu sizsiniz, mülkiyyət başqasıdırsa məhkəmə həmin əmlakı tələblərdən azad edəcək. Yalnız sizin adına (vəya sizin payınız olan) əmlak hərracda satıla bilər. Ailə üzvləriniz müqavilədə heç bir imza atmayıblarsa, bank onların əmlakına əl qoya bilməz, nə məhkəmə, nə də icra orqanı buna icazə verər.