cavabın tarixi: 09.12.2024
Ekoloji mübahisələr, ictimai hüquqi element daşıyırsa, adətən dövlət məhkəməsində baxılması məqsədəuyğundur. Xüsusilə ictimai maraq və cinayət tərkibi varsa arbitraj uyğun olmur. Amma tərəflər arasında mülki xarakterli məsələdisə və zərərçəkmişlə şirkət arasında müqavilə varsa, orada arbitraj şərti ola bilər. Lakin dövlət maraqlarını və ətraf mühitin qorunmasını tələb edən hallarda arbitraj məhdud ola bilər. Qərar vermədən öncə vəziyyəti dəyərləndirmək, mütəxəssislərdən məsləhət almaq məsləhətdir.