cavabın tarixi: 24.12.2024
Adətən müqavilə sabit məbləği göstərir, icraçı sonradan xərclərin artmasını sifarişçidən tələb edə bilmir. Bu, icraçının risk zonasıdır. Əgər müqavilədə dövlət qərarları nəticəsində xərclər kəskin artarsa, yenidən baxıla bilər deyə maddə əlavə olunmayıbsa, sifarişçi ödəməyə məcbur deyil. Ancaq çox nadir hallarda fövqəladə dəyişikliklər olduqda tərəflər qarşılıqlı anlaşma ilə dəyişikliyə gedə bilərlər.