Erkən pensiyaya çıxmaq mümkündürmü, hansı şərtlər var? - Vakil-az.com

Erkən pensiyaya çıxmaq mümkündürmü, hansı şərtlər var?

cavab yoxdur

Ziyarətçidən sual

0
0
3

03.11.2024

Yaşa görə pensiya almaq üçün müəyyən yaş həddi var. Amma mən eşitdim ki, bəzi xüsusi hallarda erkən pensiya hüququndan istifadə etmək mümkündür. Məsələn, ağır iş şəraitində çalışanlar, yaxud əlillik dərəcəsi olanlar. Bu haqda məlumat almaq istəyirəm: kimlərə erkən pensiya düşür və prosedur necə gedir?

Sayt administrasiyası 08.11.2024
cavabın tarixi: 08.11.2024

Erkən pensiya hüqüqu, əsasən, əlilliyi olan şəxslərə, bəzi peşə sahiblərinə (məslən, zərərli şəraitdə çalışanlar) və xüsusi qanunla nəzərdə tutulmuş kateqoriyalara şamil edilir. Bundan ötrü müvafiq komissiyanın qərarı və ya müəyyən qanuni əsaslar olmalıdır. Sosial sığorta stajı kifayət qədər olduğu halda erkən pensiya üçün müraciət edə bilərsiniz. Hər kateqoriya üzrə fərqli tələblər var, məsələn əlilliyiniz varsa, Tibbi-Sosial Ekspert Komissiyasının rəyi tələb olunur.

Похожие вопросы

Pensiya alıb xaricdə yaşamaq olar?

cavab yoxdur
01.01.2025
Mən Azərbaycanda pensiya ala-ala daimi şəkildə başqa ölkədə yaşamaq istəyirəm. Bu mümkünmü? Yoxsa burada daimi qeydiyyatda olmaq məcburidir?
0
0
2

Özəl sektorda çalışmışam, dövlət orqanlarında staj hesablanırmı?

cavab yoxdur
13.12.2024
Mən həyatımın böyük hissəsini özəl sektorda işlədim, dövlətdə işləmədim. İndi isə pensiya üçün müraciət edəndə, eşidirəm ki, dövlət qulluqçuları və digər kateqoriyalar daha yüksək pensiya ala bilir. Mənim özəl sektordakı stajım və ödədiyim sosial sığorta haqları da nəzərə alınacaqmı, yoxsa yalnız dövlət sektoruna aiddir?
Читать далее
0
0
0

Uşaq pulu və pensiya əlaqəsi necədir?

cavab yoxdur
Qanunvericilikdə uşaqlı ailələrə ödənən uşaq pulu mövzusu çox müzakirə olunur. Bəzi ailələr isə düşünür ki, uşaq pulu almaq onların gələcək pensiyasına təsir edəcək. Bu əlaqə doğrudurmu və uşaq pulu hansı formada verilir?
0
0
1
Hamısını göstər