cavabın tarixi: 09.12.2024
İstehsal ya da idxal edilən idman geyimləri üçün ayrıca lisenziya tələb olunmur, amma markanız varsa onu qeydiyyatdan keçirməlisiniz. Əgər məhsullar xaricdən gəlirsə, gömrük prosedurlarına əməl etmək lazımdır. Vergi, gömrük və keyfiyyət standartları (AZS sertifikatı və s.) tələbləri ödənildikdə bazara çıxmaq mümkündür. Bəzi xüsusi avadanlıq (məsələn, qoruyucu dəbilqələr) üçün uyğunluq sertifikatı da tələb oluna bilər.