cavabın tarixi: 14.11.2024
Azərbaycan qanunvericiliyinə görə, strateji məhsulların, silah-sursatın, dərmanların, pestisidlərin və digər xüsusi tənzimlənən malların idxalı üçün müvafiq dövlət orqanlarından (Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ekologiya və s.) lisenziya və ya icazə tələb olunur. Əgər bunlarsız ölkəyə gətirilərsə, mallar gömrükdə müsadirə oluna bilər, ayrıca qanunvericilikdə cinayət və ya inzibati məsuliyyət nəzərdə tutulub. Hər bir kateqoriya üzrə prosedur və tələblər fərqli olduğundan, mal gətirən şəxs əvvəlcədən araşdırma aparmalıdır.