cavabın tarixi: 15.11.2024
Gömrük dəyəri, malın faktiki dəyərini əks etdirən rəqəmdir və adətən invoysda olan məbləği əsas götürür. Ancaq bəzi hallarda malın təsdiqlənmiş bazar dəyəri və ya bu mala görə ödənilən digər xərclər (sığorta, nəqliyyat, komissiya xərcləri) də gömrük dəyərinə daxil edilə bilər. Gömrük orqanı sizdən əlavə sənədlər tələb edə və ya invoys qiymətini reallığa uyğun olmadığı halda qəbul etməyə bilər. Əsasən idxal rüsumları və vergilər bu dəyər əsasında hesablanır. Ona görə də, dəyərin hər hansı formada azaldılması qanun pozuntusu sayılır. Dəyər deklarasiyasının dürüst hazırlanması həm cərimədən, həm də hüquqi problemlərdən qoruyur.