Texnoloji startaplar üçün vergi güzəştləri varmı?
- 18.12.2024
cavab yoxdur
İnnovasiya əsaslı fəaliyyət göstərən startaplar üçün vergi güzəşti və ya 3 ilədək azadolma kimi qanunlar varmı? Startap şəhadətnaməsi necə əldə edilir?
Xaricdən mal idxal edərkən gömrükdə bəzi vergi və rüsumlar ödənir. Bura gömrük rüsumu, əlavə dəyər vergisi, aksiz (lazım olarsa) daxildir. Bəs mənfəət vergisi də eyni vaxtda hesablanırmı, yoxsa ayrıca illik bəyannamə ilə ödənilir?
Mənfəət vergisi malın idxalında deyil, şirkətin il ərzində ümumi mənfəəti əsasında verilir. Import prosesi zamanı sadəcə malın gömrük rüsumu və daxili bazar üçün ƏDV ödənilir. Mənfəət vergisi isə ümumi dövriyyə minus xərclər çıxıldıqdan sonra ilin sonunda hesablanır və bəyannamə ilə ödənilir. Gömrükdə mənfəət vergisinin çıxılması praktikası yoxdur.