Influencerə hər reklam paylaşım üçün ödəniş edirik. Bu ödənişlərin vergi və ya sosial öhdəliklərini kim ödəyir? Bizim şirkət göstərməlidir, yoxsa influencer özü bunu bəyan edir?
Sayt administrasiyası
21.12.2024
cavabın tarixi: 21.12.2024
Əsasən influencerin təqdim etdiyi rəsmi qəbz və ya müqavilə olmalıdır. Qanunlarımıza görə, əgər influencer sahibkarlıq subyekti kimidirsə, vergi öhdəliyini özü yerinə yetirməlidir. Şirkətiniz hesablaşmalarda şəffaflıq nümayiş etdirməli, müvafiq hallarda vergi orqanlarına məlumat verməlidir. Razılaşmaya əsasən, vergi saxlanması (stopaj) da mümkündür. Bu detallar müqavilədə aydın şəkildə göstərilməlidir.
Bu mövzuda vəkillərə keçmək üçün aşağıdakı şəhəri seçin:
Məsələn, 50% endirim ancaq 1 həftə davam edəcək. Biz reklamda bu tarixi göstərməsək olarmı, yəni müştərilər hər zaman endirim var zənn etsinlər. Bu qanunidirmi?
Mənim onlayn satış platformam var, orada ayrı-ayrı satıcıların reklam bannerlərini yerləşdirirəm. Bu fəaliyyət üçün ayrıca reklam agentliyi statusu lazımdırmı?
Brendimiz ekoloji təmiz məhsul çatdırdığını bildirir. Amma məhsulumuzun əslində ekoloji sertifikatı yoxdur. Buna baxmayaraq “tam eko” deyə reklam etməyimizdə risklər varmı?
Yenilənmiş loqo qəbul etdik. Köhnə loqo ilə hazırlanmış reklam billboardları, videoçarxlar hələ var. Bunu istifadə etmək hüquqi problemdir? Yoxsa sadəcə şirkət imic məsələsidir?
Dövlət orqanı olaraq cəmiyyətə maarifləndirmə məqsədli sosial reklam vermək istəyirik. Sosial reklam qanuni cəhətdən fərqlənir, yoxsa adi reklam kimidir?
Yeni məhsulumun reklamı üçün sosial mediada ‘influencer’-lərlə işləmək istəyirəm. Ancaq bu iş şifahi razılaşma əsasında olarsa, sabah problem yarananda hüquqi tərəfdən necə qorunacağam? Müqavilə şərtləri necə tərtib olunmalıdır?
Mənim PR agentliyim var, lakin reklam agentliyi kimi lisenziya almamışam. PR xəbərləri, sosial media postları da reklam hesab edilir? Yoxsa tamam başqa sahədir?