cavabın tarixi: 10.11.2024
Qanunvericiliyə görə mülki borc ödənilmədiyi üçün şəxsin həbsi nəzərdə tutulmur. Kreditin ödənilməməsi borclu ilə bank arasında mülki-hüquqi mübahisədir. Bank məhkəmədə iddia qaldıraraq, borcunuzu məcburi qaydada icra etdirə bilər, əmlakınıza həbs qoya bilər, lakin sırf borca görə cinayət işi açıla bilməz. Cinayət məsuliyyəti yalnız saxtakarlıq, dələduzluq kimi hallarda yaranır. Sırf kredit ödənilməməsi üzündən həbs edilə bilməzsiniz.