cavabın tarixi: 31.10.2024
Kredit kartı limitinin dəyişdirilməsi adətən müştərinin ödəmə qabiliyyəti və tarixinə görə bank qərarı ilə olur, amma müştərinin yazılı və ya elektron razılığı olmadan birbaşa artırmaq etik sayılmır. Müqavilədə 'bank limit artırma səlahiyyətinə sahibdir' bəndi ola bilər, amma siz istəmirsinizsə, etiraz edərək limitin əvvəlki səviyyədə saxlanmasını tələb edə bilərsiniz. Bank razı olmazsa, Mərkəzi Bank və ya məhkəməyə şikayət haqlarınız var.