Kredit müqaviləsi miras yoluyla keçəndə faiz şərtləri dəyişir? - Vakil-az.com
  • Ana səhifə
  • Suallar
  • Kredit müqaviləsi miras yoluyla keçəndə faiz şərtləri dəyişir?

Kredit müqaviləsi miras yoluyla keçəndə faiz şərtləri dəyişir?

cavab yoxdur

Ziyarətçidən sual

0
0
1

10.11.2024

Atam bankla 10 illik kredit müqaviləsi bağlamışdı, 5 ili qalıb. Atam öləndən sonra biz ödənişi davam etdiririk. Faiz dərəcəsini dəyişə bilərik?

Sayt administrasiyası 13.11.2024
cavabın tarixi: 13.11.2024

Kredit şərtləri bankla bağlanan müqavilədə necədirsə, eyni şərtlərlə davam edir. Mirasçılar müqavilənin tərəfi kimi borcu tamamlamağa borcludur. Faizi azaltmaq üçün bankla yenidən danışıqlar aparmaq mümkündür, lakin bank razı olmazsa, müqavilə şərtləri dəyişmir. Məhkəmə faizin yüksək olması ilə bağlı müdaxilə etmir, çünki bu, mülki razılaşmadır.

Похожие вопросы

Eyni gündə vəfat edən ər-arvadın mirası necə bölünür?

cavab yoxdur
13.11.2024
Bir qəzada həm kişi, həm də həyat yoldaşı birgə vəfat etmişdir. Onların birgə mülkiyyəti var idi, amma kimin əvvəl öldüyü bilinmir. Bu halda miras necə bölüşdürülür, öncə hansı tərəfin varislərinə keçməlidir?
0
0
1

Vərəsəlik vergisi varmı?

cavab yoxdur
30.11.2024
Mirası alan şəxs vergi ödəməlidirmi? Məslən, ev və ya digər əmlak. Azərbaycanda bu cür vergi mövcuddurmu?
0
0
0

Qardaşım məcburən vəsiyyət yazdıra bilərmi?

cavab yoxdur
13.01.2025
Atam yaşlıdır, qardaşım ona təzyiq göstərir ki, bütün əmlakını mənə vəsiyyət elə. Əgər atam bu təzyiq altında imza atsa, necə sübut edək ki, etibarsızdır?
0
0
5

Mirasdan imtina proseduru necə aparılır?

cavab yoxdur
05.11.2024
Mənə atamdan miras qalıb, amma orada çoxlu borclar olduğunu öyrəndim. Mirasdan rəsmi şəkildə imtina etmək istəyirəm. Bu prosesi necə həyata keçirmək lazımdır, hansı vaxtda və kimə müraciət edilməlidir?
0
0
1
Hamısını göstər