cavabın tarixi: 24.11.2024
Kredit tarixçəsinin saxlanılma müddəti Mərkəzi Bankın normativ aktları ilə müəyyən edilir. Əksər hallarda borc tam ödənildikdən sonra müəyyən illər keçməklə həmin gecikmə qeydləri arxivləşir və bankların əsas baxdığı dönəm 5 ilə qədər ola bilər. Sizin mükəmməl ödəmə tarixçəniz sonrakı dövrdə müsbət reytinq formalaşdıra bilər. Ödənişi tam bitirmisinizsə, 6 aydan 1 ilədək vaxt keçdikcə reytinq yaxşılaşa bilər. Tam silinməsi isə qanunla nəzərdə tutulan müddət əsasında baş verir.