cavabın tarixi: 14.01.2025
Azərbaycan qanunvericiliyində yazıb-oxuma bilməyən şəxslər barmaq iziylə rəsmi sənədləri təsdiqləyə bilərlər. Notarius və ya səlahiyyətli şəxs bunu prosedura uyğun təsdiqləməlidir: imza bilməyən adam barmaq izi qoyur, notarius qeydə alır və şahidlər olur. Bu halda hüquqi baxımdan keçərlidir. Əgər bank bu cür formada rəsmiləşdiribsə və notariat qaydalarına uyğun təşkil edibsə, etibarlı sayılır. Əks halda mübahisə olarsa, məhkəmə ekspertizası ilə iz araşdırılacaq.