Faiz dərəcəsi yüksək olan krediti başqa bankda daha aşağı faizlə dəyişmək istəyirəm. Bu proses necə baş verir, maneə varmı?
Sayt administrasiyası
19.11.2024
cavabın tarixi: 19.11.2024
Refinans kredit dediyiniz budur: yeni bank sizin borcunuzu əvvəlki banka ödəyir, siz yeni şərtlərlə o banka borclu olursunuz. Praktikada mümkündür, amma yeni bankın da razılığı olmalı. Köhnə banka borcunuzu tam bağlamaq üçün cərimə və ya qalan faizlər ola bilər. Refinanslamada kredit xərclərini və müqavilə şərtlərini müqayisə edin, əgər ümumilikdə daha sərfəlidirsə müraciət edin. Hüquqi baxımdan problem yoxdur.
Bu mövzuda vəkillərə keçmək üçün aşağıdakı şəhəri seçin:
Bank mənim hesabımı öncədən xəbərdarlıq etmədən blokladı, ya da başqa qayda pozuntusu var. Məhkəməyə gedənədək hansı dövlər qurumlarına şikayət vermək mümkündür?
Borc pul təcili lazım idi, bank 3 həftə ərzində təsdiq etmədi və nəticədə ziyan çəkdim. Müqavilə imzalanmamışdan qabaq gecikmə üçün məsuliyyət daşıyırmı?
Mən müqaviləyə imza atmışam və orada yazır ki, mübahisə halında arbitraj instansiyasında baxılacaq. İndi bankla problemim var, amma mən dövlət məhkəməsinə getmək istəyirəm. Buna icazə varmı?