cavabın tarixi: 28.10.2024
Tikinti üçün bankın kredit ayırması üçün adətən iki əsas məqam var: 1) Torpağın sənədləri tam qaydasında olmalı, 2) Layihənin yerli icra hakimiyyətində təsdiqlənməsi və inşaat icazəsi sənədi. Bank özünü sığortalayır ki, icazəsiz layihəyə vəsait qoymasın. Proses uzun ola bilər, ancaq bu sənədlər olmadan bank riskə girmək istəmir. Mütləq memarlıq və şəhərsalma orqanına müraciət edilərək rəsmi təsdiq alınmalıdır, sonra bank ipoteka formasında krediti verə bilər.