Kriptovalyutalarla bağlı piramida sxemlərində hüquqi risklər nələrdir? - Vakil-az.com
  • Ana səhifə
  • Suallar
  • Kriptovalyutalarla bağlı piramida sxemlərində hüquqi risklər nələrdir?

Kriptovalyutalarla bağlı piramida sxemlərində hüquqi risklər nələrdir?

cavab yoxdur

Ziyarətçidən sual

0
0
1

09.12.2024

Bəzi platformalar kripto ticarəti adı ilə səviyyəli (level-based) piramida sistemlərini işlədir. Hamıdan investisiya toplayır, guya yüksək faiz qazandırır. Bu sahədə Azərbaycan qanunvericiliyi ilə bağlı risklər nədir?

Sayt administrasiyası 12.12.2024
cavabın tarixi: 12.12.2024

Hələ ki, kriptovalyuta məsələsi tam tənzimlənməmişdir, lakin piramida strukturunda fəaliyyət göstərən hər hansı maliyyə sistemi qanun pozuntusuna səbəb olur. Cinayət Məcəlləsi üzrə dələduzluq riski vardır. “Kripto” adı sadəcə örtük ola bilər. Yeni investorların pulu ilə köhnələrə dividend ödəmək klassik piramida əlamətidir. Əgər real kriptovalyuta ticarəti və qanuni lisenziya yoxdursa, bu sistemdən uzaq durmaq tövsiyə olunur. Yoxsa itirilən pulların geri qaytarılması çətin ola bilər.

Похожие вопросы

Piramit sxemində zərərçəkənlər hüquqi yollarla nə əldə edə bilər?

cavab yoxdur
04.11.2024
Piramit sxeminə qoşulmuşam və pul itirmişəm. Ölkə qanunvericiliyinə əsasən zərərçəkmiş şəxs kimi öz hüquqlarımı qorumaq, itirdiyim vəsaitləri geri tələb etmək üçün hansı addımları ata bilərəm? Cinayət işi açıla bilərmi, yoxsa yalnız mülki qaydada iddia qaldırmaq mümkündür?
0
0
1

Maliyyə piramidası ilə qanuni investisiya necə fərqlənir?

cavab yoxdur
23.11.2024
Tez-tez müxtəlif investisiya təklifləri eşidirik, lakin hansının real investisiya, hansının piramida olması hərdən çətin görünür. Bəs bu ikisi arasında hüquqi baxımdan əsas fərqlər nələrdir? Mən hansı meyarlara görə bir investisiya imkanının piramida olub-olmadığını ayırd edə bilərəm?
0
0
1

Korporativ piramidalar və MLM sistemləri eynidirmi?

cavab yoxdur
14.01.2025
Bəzi network marketing (MLM) şirkətləri çoxsəviyyəli satışı qanuni elan edir, ancaq əslində piramidaya bənzər struktura malikdir. Hüquqi cəhətdən MLM ilə piramidanı necə fərqləndirmək olar?
0
0
2
Hamısını göstər