cavabın tarixi: 12.11.2024
Dövlət icazəsi olmadan maliyyə fəaliyyəti aparmaq, kreditor rolunda çıxış etmək qanunsuz sahibkarlıq sayılır. Əgər yığılan pulların qaytarılması yeni daxil olanların ödəmələri hesabınadırsa, bu, açıq-aydın piramida cizgilərinə malikdir. Məktəb və ya dini icma olsun, fərqi yoxdur, qanunsuzluq varsa hüquqi məsuliyyət yaranır. Qarşılıqlı yardımlaşma qismən sosial ola bilər, amma piramida strukturu qurulursa, mütləq şəkildə qanunu pozur.