Mərhumun borcları mirasçılara necə təsir edir? - Vakil-az.com

Mərhumun borcları mirasçılara necə təsir edir?

cavab yoxdur

Ziyarətçidən sual

0
0
1

14.01.2025

Qardaşım vəfat etdi və biz onun əmlakını miras alacağıq. Amma onun bəzi banklara kredit borcu qaldığını öyrəndik. Bu borcları mirasçı olaraq biz ödəməliyikmi, yoxsa ondan imtina edə bilərik?

Sayt administrasiyası 16.01.2025
cavabın tarixi: 16.01.2025

Miras, təkcə əmlak deyil, borcları da əhatə edir. Əgər mirası qəbul etsəniz, mərhumun borclarına görə də müştərək məsuliyyət daşıyırsınız. Borc öhdəliyi, mirasın dəyərini aşırsa və ya borclardan qaçmaq istəyirsinizsə, mirasdan imtina edə bilərsiniz. İmtina etsəniz, həmin borc sizin üzərinizə keçmir. Amma mirası rəsmən qəbul edirsinizsə, kreditorlar sizin miras payınız çərçivəsində alacaqlarını tələb edə bilərlər. Əgər borc məbləği yüksəkdirsə, hüquqi məsləhət alıb mirasa qəbul və ya imtina qərarı vermək məqsədəuyğundur.

Похожие вопросы

Vərəsəlik vergisi varmı?

cavab yoxdur
30.11.2024
Mirası alan şəxs vergi ödəməlidirmi? Məslən, ev və ya digər əmlak. Azərbaycanda bu cür vergi mövcuddurmu?
0
0
0

Mirasdan imtina proseduru necə aparılır?

cavab yoxdur
05.11.2024
Mənə atamdan miras qalıb, amma orada çoxlu borclar olduğunu öyrəndim. Mirasdan rəsmi şəkildə imtina etmək istəyirəm. Bu prosesi necə həyata keçirmək lazımdır, hansı vaxtda və kimə müraciət edilməlidir?
0
0
2

İkinci nikahdan doğulan övladın miras payı varmı?

cavab yoxdur
27.10.2024
Əvvəlki evliliyindən boşanan atam ikinci dəfə evləndi və orada daha bir övladı oldu. Atamın mülkiyyəti bəzi qohumlarımız tərəfindən yalnız birinci nikahdan olan bizə çatmalı kimi təqdim edilir. Bu, doğru mudur?
0
0
1
Hamısını göstər