Mənə atamdan miras qalıb, amma orada çoxlu borclar olduğunu öyrəndim. Mirasdan rəsmi şəkildə imtina etmək istəyirəm. Bu prosesi necə həyata keçirmək lazımdır, hansı vaxtda və kimə müraciət edilməlidir?
Sayt administrasiyası
09.11.2024
cavabın tarixi: 09.11.2024
Mülki Məcəlləyə uyğun olaraq miras açıldıqdan (ölüm tarixindən) 6 ay müddətində notariat orqanına müraciət edərək mirası qəbul və ya ondan imtina edə bilərsiniz. İmtina üçün notariusda ərizə verilir. İmtinadan sonra həmin mirasdan heç bir pay tələbi irəli sürə bilməyəcəksiniz, amma borclarına görə də məsul olmayacaqsınız. Vaxtı keçsə, imtina hüququnuz itə bilər, ona görə 6 ay ərzində addım atmaq önəmlidir.
Bu mövzuda vəkillərə keçmək üçün aşağıdakı şəhəri seçin:
Qardaşımın ölümündən sonra onun yeganə övladı, hələ 10 yaşlı qızıdır. Qardaşımın əmlakında bu uşağın hüquqları necə qorunur? Həyat yoldaşı, digər varislər və ya qızın nənə-babası daha artıq pay tələbi qaldıra bilərmi?
Evimizi atamla birlikdə tikmişik. Orada mənim də maddi dəstəyim olub. İndi atam öldükdə, ev tamamilə onun adına sənədləşib. Miras zamanı mənim payımı necə ayırd etmək olar?
Əmi uşağım subay idi, valideynləri də rəhmətə gedib. Onun bacı-qardaşı yoxdur. O, qəfil dünyasını dəyişdi, heç vəsiyyət də yazmayıb. Bəs mülkü kimə keçəcək?
Anamla atam rəsmi nikaha girməyib illərlə birlikdə yaşayıb, ev alıblar. Atam rəhmətə gedib. Bu ev atamın adına idi. Anam hər hansı miras payı əldə edə bilərmi?
Mən mirası almaq istəmirəm, çünki borcum var və qorxuram ki, məndən bu əmlakı alıb borcuma tutsunlar. Mirasdan imtina etməklə borclularımdan əmlakı qorumuş olurammı?