Borc ödənilməsə bank ailə üzvlərimin adına olan əmlakı götürə bilərmi?
- 03.11.2024
cavab yoxdur
Kredit mənim adımadır, amma ödəyə bilmirəm. Bank deyir ki, sizin ailənizin üzərində olan mənzilə müraciət edəcək. Bu mümkündürmü?
Valideynim rəhmətə gedib, onun bank krediti varmış. Həmin borclar qanunla avtomatik bizə keçir? Yoxsa hansısa prosedur var? Borc məbləğindən artıq mirasdan imtina etmək olar?
Mülki Məcəlləyə görə, mirasçı mirası qəbul etdikdə, təkcə əmlakı deyil, həm də borcları (məhdud miqdarda) öhdəsinə götürür. Yəni ümumi aktiv və passiv mirasçılara keçir. Əgər borc çoxdursa və miras qalan əmlakdan artıqdırsa, qanun çərçivəsində mirasdan tamamilə imtina edə bilərsiniz. Mirasın qəbulundan sonra bank borcunu ödəmək mirasçıların öhdəliyinə çevrilir, lakin mirasın dəyərindən artıq borc varsa, onun ödənilməsi tələb edilə bilməz.