İki nəfər ortaq iş qurmuşduq, sonra iş bağlandı, amma mənim pulumu qaytarmaq istəmir. Bu, borc kimi tanınır, yoxsa investisiya sayılır?
Sayt administrasiyası
09.11.2024
cavabın tarixi: 09.11.2024
Hər şey aranızdakı müqavilədən və razılaşmadan asılıdır. Sənədlərdə bu vəsaitin 'investisiya' və ya 'borc' olması açıq göstərilməlidir. İnvestisiya kimi qoyulan pullar zərər olarsa geri qaytarılmaya bilər. Əgər rəsmi olaraq 'pay' adıyla sənədləşdirilibsa və zərər olmadığı halda qaytarılmırsa, məhkəmədə həmin payın dəyərini tələb edə bilərsiniz. Lakin sırf borc niyyətilə verilibsə, mülki qaydada borc davası açmaq olar.
Bu mövzuda vəkillərə keçmək üçün aşağıdakı şəhəri seçin:
Mən dostuma faizlə pul borc vermək istəyirəm, amma bank və ya kredit təşkilatı deyiləm. Bu qanunidirmi, dövlət buna qarşı əlavə vergi və ya rüsum tətbiq edir?