Müəllim dərs zamanı uşağımı başqalarının yanında alçaldıb. Bu, təkcə etik deyil, hüquqi cəhətdən də problemdir. Direktor hansı addımları atmalı, əgər atmasa mən nə edim?
Sayt administrasiyası
12.12.2024
cavabın tarixi: 12.12.2024
Direktor ilk növbədə müəllimlə bağlı intizam araşdırması başlatmalı, valideynlə görüşüb problemi həll etməlidir. Əgər nəticə sıfırdırsa, Mülki Məcəllə əsasında şərəf-ləyaət pozuntusu iddiası qaldıra bilərsiniz. Uşaq psixoloji travma alıbsa, mənəvi təzminat tələb etmək mümkündür. Təhsil Nazirliyi və ya əlaqədar orqanlara rəsmi şikayət də verə bilərsiniz.
Bu mövzuda vəkillərə keçmək üçün aşağıdakı şəhəri seçin:
Mənim idarə etdiyim sosial media səhifəsində kimsə başqasına təhqir yazıb. Şərəf və ləyaət hüququ pozulursa, səhifə sahibi kimi mən günahkar ola bilərəmmi?
Qardaşımı gözdən salan yalan xəbərlər bir neçə saytda yayımlanıb. Ailəmiz də zərər çəkir. İfadə azadlığı adıyla paylaşsalar da, bu böhtandır. Necə sildirə və təzminat ala bilərik?
Mərhum atam barədə yalan iddialar yayılır, onun xatirəsi alçaldılır. O həyatda olmasa da, onun adına ləkə yaxmaq, ailə nüfuzumuza da təsir edir. Bunu dayandırmaq olar?
Facebook və ya Instagram kimi platformalarda mənə qarşı təhqiramiz ifadələr işlədilir, alçaldıcı sözlər yazılır. Bu onlayn hücumlarla necə mübarizə aparım, hansı rəsmi tədbirlər görə bilərəm?
Bloqqer yayımı dayandırmır, məni ədəbsiz, təhqiredici sözlərlə təsvir edir, izləyicilər də görür. Mövcud anda həmin videonun silinməsini tələb etmək üçün hansı yola baş vurmalıyam?
Universitet müəllimi auditoriyada tələbəni kobud və təhqir edici ifadələr işlədərək alçaldır. Tələbənin şərəf və ləyaəti zədələnir. Hüquqi addımlar nədir?