cavabın tarixi: 19.01.2025
Əgər şirkət MMC, ASC kimi məhdud məsuliyyətli hüquqi şəxsdirsə, ümumiyyətlə, onun borclarına görə siz yalnız qoyduğunuz sərmayə qədər risk daşıyırsınız. Şəxsi əmlakınız toxunulmazdır, istisna odur ki, xüsusi zaminlik və ya əlavə təminat imzalamışsınızsa. Bu halda zamin qismində məsuliyyət daşıya bilərsiniz. Normal halda MMC-nin borclarına görə təsisçinin şəxsi əmlakı hədəf alınmır.