Mən sahibkaram və televiziyada reklam yayımlatmaq fikrindəyəm. Bu reklamın kommersiya məqsədli olması ilə əlaqədar hansı əlavə vergilər və ya rüsumlar mövcuddur? Bu sahədə nələrə diqqət yetirilməlidir ki, gələcəkdə maliyyə pozuntusuna yol verməyim?
Sayt administrasiyası
30.10.2024
cavabın tarixi: 30.10.2024
Televiziya reklamı kommersiya fəaliyyəti olduğu üçün reklamın dəyəri üzrə əlavə dəyər vergisi (ƏDV) tətbiq oluna bilər. Həmçinin, reklam agentliyi ilə anlaşmada vergi öhdəliklərinin kim tərəfindən ödənilməsi də dəqiqləşdirilməlidir. Əgər siz reklam sifarişçisisinizsə, onun dəyərini ƏDV ilə birlikdə ödəyirsiniz. Reklam xərcləri qanunla vergi uçotunda nəzərə alınmalıdır. Daha detallı məlumat üçün vergi məsləhətçisinə müraciət etmək tövsiyə olunur.
Bu mövzuda vəkillərə keçmək üçün aşağıdakı şəhəri seçin:
Bəzən bazarda məşhur brendin bənzəri kimi göstərilən saxta mallar geniş reklam edilir. Bu, istehlakçını aldatmaq deyilmi və bunu edən şirkət hansı məsuliyyətə cəlb olunur?
Yenilənmiş loqo qəbul etdik. Köhnə loqo ilə hazırlanmış reklam billboardları, videoçarxlar hələ var. Bunu istifadə etmək hüquqi problemdir? Yoxsa sadəcə şirkət imic məsələsidir?
Biz istərdik ki, şəhər mərkəzindəki banerlərdə tanınmış şəxsin fotosunu yerləşdirək. Amma o şəxsə xəbər vermədən, sadəcə məşhurluğundan istifadə mümkündürmü? Hüquqi baxımdan icazəyə ehtiyac varmı?
Deyək ki, eyni şəhərdə iki eyni sektordan (avto-salon) şirkət var və hər ikisinə də eyni agentlik reklam xidməti göstərmək istəyir. Bu, hüquqi problemdir mi, yoxsa normal haldır?
Mənim onlayn satış platformam var, orada ayrı-ayrı satıcıların reklam bannerlərini yerləşdirirəm. Bu fəaliyyət üçün ayrıca reklam agentliyi statusu lazımdırmı?
Sosial mediada reklam kompaniyası çərçivəsində izlə, bəyən və paylaş qaydasıyla istifadəçilərə hədiyyə vermək istəyirik. Bu lotereya hesab olunur? Rəsmi icazəyə ehtiyac varmı?
Biz başqa ölkədə reklam yayımı üçün burada istehsal edirik. Orada yayımlanacaq bu reklamın məzmunu Azərbaycan qanunvericiliyinə görə pozuntudurmu? Yoxsa xarici jurisdiksiya önəmlidir?