cavabın tarixi: 19.12.2024
Bəli, daşınmaz əmlak, o cümlədən torpaq məsələlərində mülki məhkəmə səlahiyyətlidir. Siz mülki qaydada iddia ərizəsi hazırlayıb torpağın hüdudlarının və mülkiyyətinizin tanınmasını istəyə bilərsiniz. Tərəflərin sənədləri, kadastr çıxarışları, bələdiyyə rəyləri və lazım gələrsə məhkəmə ekspertizası işə baxılmasında əsas olacaq. Məhkəmə qərarı torpaq reyestrində sərhədlərin rəsmiləşdirilməsinə imkan verəcək.