Valideynlərimin borcunu övlad kimi mən ödəməliyəmmi? - Vakil-az.com

Valideynlərimin borcunu övlad kimi mən ödəməliyəmmi?

cavab yoxdur

Ziyarətçidən sual

0
0
1

14.11.2024

Atam bankdan böyük məbləğdə kredit götürüb, sonra dünyasını dəyişdi. Bank isə indi məndən tələb edir ki, borcu mən ödəyim. Bu qanunidirmi, mirasçı olduğum üçün bu borc üzərimə düşür?

Sayt administrasiyası 17.11.2024
cavabın tarixi: 17.11.2024

Azərbaycan qanunvericiliyinə əsasən, ölən şəxsin borcları da mirasın tərkibinə daxildir. Mirası qəbul edən vərəsələr həmin borcun ödənməsinə məhdud şəkildə görə cavabdeh olur. Yəni, siz mirası bütövlükdə qəbul etmisinizsə, mirasın dəyəri həcmində borca görə cavabdeh ola bilərsiniz. Əgər mirasın dəyəri, borcdan azdırsa, yalnız mirasın dəyəri çərçivəsində məsuliyyət daşıyırsınız. Bəzi hallarda mirası rədd etməklə borcdan yayınmaq da mümkündür, lakin bunu düşünərkən mirasdakı aktivlərin dəyərini də nəzərə almalısınız.

Похожие вопросы

Borc

1 cavab
25.06.2025
Salam. Rəhmətlik Atamın kreditinə görə UniBank məndən vərəsə kimi 1600dolllar tələb edir. Atam 1-ci Qarabağ müharibə veteranıdır, müharibə əlilidir. Özüm də tək ana kimi 650man maaşla ailə saxlayıram, xəstə anama baxıram. Bankın tələbi doğrudur?
0
0
10
Hamısını göstər