Xaricdə yaşayan övladın miras hüququ necə qorunur? - Vakil-az.com

Xaricdə yaşayan övladın miras hüququ necə qorunur?

cavab yoxdur

Ziyarətçidən sual

0
0
1

10.01.2025

Qardaşım uzun illərdir xaricdə yaşayır, atam rəhmətə gedib. Qardaşımın burada olmaması onun miras hüququnu məhdudlaşdırırmı? Notariat üçün mütləq Azərbaycana gəlməlidir?

Sayt administrasiyası 14.01.2025
cavabın tarixi: 14.01.2025

Xaricdə yaşayan övlad da eyni qaydada qanuni mirasçıdır. Qanun önündə ikisi arasında fərq yoxdur. Notariat prosesini etibarnamə ilə və ya konsulluqda sənədləri təsdiqləyərək apara bilər. Yəni məcburi deyil ki, öz şəxsən gəlsin. Yetər ki, qanuni müddət olan 6 ay ərzində mirası qəbul etdiyini bəyan etsin. Bu, konsulluq və ya poçt yolu ilə də mümkündür.

Похожие вопросы

Vərəsəlik vergisi varmı?

cavab yoxdur
30.11.2024
Mirası alan şəxs vergi ödəməlidirmi? Məslən, ev və ya digər əmlak. Azərbaycanda bu cür vergi mövcuddurmu?
0
0
0

Ögey ananın miras payı nə qədərdir?

cavab yoxdur
03.12.2024
Atam ikinci dəfə evlənib, bu qadın bizim anamız deyil. Atamın ölümü ilə onun öz həyat yoldaşı kimi pay haqqı varmı, bizim payımızdan çoxmu azmı olur?
0
0
1

Birgə verilmiş hədiyyə mirasla qarışdırılırmı?

cavab yoxdur
17.12.2024
Valideynlərim sağ ikən bir mənzili mənə hədiyyə edib sənədlə rəsmiləşdirdilər. İndi atam rəhmətə getdi, qardaşım deyir ki, həmin mənzilin dəyəri də mirasda nəzərə alınmalıdır. Düzdürmü?
0
0
1
Hamısını göstər