Bizim binanın üst mərtəbəsindəki sakin mansard tikərək mənzilini genişləndirib. Mən və digər qonşular dam ortaq sahədir deyə narazıyıq. Bu vəziyyətdə hansı hüquqlarımız var?
Sayt administrasiyası
14.01.2025
cavabın tarixi: 14.01.2025
Çoxmərtəbəli binanın damı ümumi mülkiyyət sayılır. Hər hansı fərdi mansard tikintisi üçün binadakı digər mülkiyyətçilərin və dövlət orqanının icazəsi tələb edilir. Əgər bu icazə alınmayıbsa, siz məhkəməyə müraciət edərək tikilinin sökülməsini və ya qanuniləşdirilməsi üçün prosedurların aparılmasını tələb edə bilərsiniz. Məhkəmə qərarı əsasında qanunsuz tikili aradan qaldırıla bilər.
Bu mövzuda vəkillərə keçmək üçün aşağıdakı şəhəri seçin:
Qardaşımla ortak torpaq sahəmiz var, amma hansı hissənin kimin istifadəsində olduğu qeyri-müəyyəndir. Sərhəd çəkilib, amma rəsmi sənədlə təsdiqlənməyib. İndi mübahisə yaranır, necə hüquqi həll tapmaq olar?
Atamızdan qalan evi beş qardaş miras almışıq. Satmaq qərarına gəlmişik, ancaq bir qardaş razı deyil. Mən öz payımı ayrı sata bilərəmmi, yoxsa bütün ev birlikdə satılmalıdır?
Evlilikdən əvvəl mənzil almışam və öz adıma sənədləşdirmişəm. Evləndikdən sonra yoldaşım deyir ki, bu ev artıq bizim ortaq əmlakımızdır. Doğrudanmı o pay sahibi ola bilər?
Uzun müddət öncə bağ sahəsi almışam, orada kiçik ev tikmişəm, amma hələ də formal sənədləri yoxdur. Bağ evi olduğuna görə güzəştlər var? Çıxarış necə əldə edilir?