cavabın tarixi: 13.12.2024
Bəli, gömrük anbarları malların müvəqqəti saxlanması üçün rəsmi yerdir. Buradakı saxlanma müddəti və hər günə görə tarif qanunvericilikdə və anbar operatorunun təlimatlarında müəyyənləşir. Gömrük anbarı özəl və ya dövlət ola bilər. Ümumiyyətlə, bu xərclər qanunidir, amma həddindən artıq ola bilməz. Müəyyən vaxt ərzində yükü çıxartmadıqda əlavə cərimələr yaranır. Buna görə sənədləşməni tez həll etmək vacibdir.