Eşimlə ayrı yaşadıqda boşanma olmadan aliment ala bilərəmmi? - Vakil-az.com

Eşimlə ayrı yaşadıqda boşanma olmadan aliment ala bilərəmmi?

cavab yoxdur

Ziyarətçidən sual

0
0
1

02.12.2024

Uzun müddətdir ki, rəsmi nikahdayıq, ancaq faktiki olaraq ayrı yaşayırıq. Hələ boşanmamışıq, amma uşaqların və mənim xərclərim böyükdür. Bu halda boşanma prosesi başlamadan da aliment tələb etməyim mümkündürmü və necə?

Sayt administrasiyası 07.12.2024
cavabın tarixi: 07.12.2024

Ailə Məcəlləsinə görə uşaqların saxlanması üçün aliment boşanma olmadan da tələb oluna bilər. Yəni ayrı yaşayırsınızsa və həyat yoldaşınız maddi dəstək göstərmirsə, məhkəməyə müraciət edərək alimentin müəyyənləşdirilməsini istəyə bilərsiniz. Bu, rəsmi boşanma tələb etmir, qanun uşaqların maraqlarını qorumaq üçün bu imkanı yaradır. Əgər ər həyat yoldaşının da dolanmasına öz üzərinə götürməli olduğu öhdəlikdən yayınırsa, bəzi hallarda məhkəmə qadın üçün də vəsait təyin edə bilər.

Похожие вопросы

Xaricdə boşansaq Azərbaycanda tanınırmı?

cavab yoxdur
26.11.2024
Azərbaycan vətəndaşıyam, xaricdə nikaha girmişəm və orada boşandım. Bu boşanma qərarını Azərbaycanda da tanıtmaq istəyirəm ki, burada da subay kimi görsənim. Hansi prosedurdan istifadə edim?
0
0
3

Mənim valideynlik hüququmdan məhrum edilə bilərlərmi?

cavab yoxdur
23.10.2024
Uşaqlarıma qarşı heç bir zorakılıq etməsəm də, onlara vaxt ayırmağa çətinlik çəkirəm. Həyat yoldaşım isə boşanma prosesində məni valideynlik hüququndan məhrum etdirmək istəyir. Bu mümkündürmü və hansı hallarda məhkəmə valideynlik hüququnu ləğv edir?
0
0
6
Hamısını göstər