Toy mərasimində öz qızıllaırmı ər evinə gətirmişdim. Sonra həyat yoldaşım o qızılları satdı. İndi boşanırıq. Bu qızılları geri tələb edə bilərəm?
Sayt administrasiyası
06.01.2025
cavabın tarixi: 06.01.2025
Əgər qızıllar sizin şəxsi mülkünüz idisə ( məsələn, nikah öncəsi əldə etmisiniz və ya ailənizdən hədiyyə almısınız), o halda onlara şəxsi əmlak statusu aiddir. Həyat yoldaşınız bu əmlakı sizin razılığınız olmadan satıbsa, ziyanı kompensasiya etməlidir. Sizin bu tələbinizi məhkəmə qaydasında qaldırıb sübut etməlisiniz ki, qızıllar birgə əmlak deyildi, şəxsən sizə məxsus idi.
Bu mövzuda vəkillərə keçmək üçün aşağıdakı şəhəri seçin:
Nikah dövründə xəyanət etdim, yoldaşım bunu əsas gətirərək boşanma istəyir. Əmlakı bölən zaman məni “günahkar” sayıb mənim payımı daha az verə bilərlərmi?
Uşağa xaricə getmək üçün pasport düzəltmək istəyirəm. Atası ilə artıq əlaqəm yoxdur, ancaq rəsmi boşanmamışıq. Onun razılığı olmadan pasport verərlərmi?
Nikahdan öncə öz vəsaitimlə bir mənzil almışdım. İndi boşanırıq. Yoldaşım iddia edir ki, ev nikahdan əvvəl alınıb amma birgə təmir xərclərini çəkib. Bu halda evin statusu necə olur, o pay tələb edə bilərmi?
Azərbaycan vətəndaşıyam, xaricdə nikaha girmişəm və orada boşandım. Bu boşanma qərarını Azərbaycanda da tanıtmaq istəyirəm ki, burada da subay kimi görsənim. Hansi prosedurdan istifadə edim?
Biz qarşılıqlı razılıqla evliliyi bitirmək istəyirik, heç bir mübahisəmiz yoxdur. Məhkəmədə bu prosesi sürətləndirməyə icazə verilirmi, neçə iclas keçir?