Kredit borcunu ödəyə bilmirəmsə bank məni həbs etdirə bilərmi? - Vakil-az.com

Kredit borcunu ödəyə bilmirəmsə bank məni həbs etdirə bilərmi?

cavab yoxdur

Ziyarətçidən sual

0
0
1

08.11.2024

Uzun müddətdir kredit borcum var və gecikməyə görə bank mənə hədələyir ki, ödəniş etməsəm hüquq-mühafizə orqanlarına müraciət edəcək. Bu, realdırmı? Kredit borcuna görə cinayət məsuliyyəti mümkünmü?

Sayt administrasiyası 10.11.2024
cavabın tarixi: 10.11.2024

Qanunvericiliyə görə mülki borc ödənilmədiyi üçün şəxsin həbsi nəzərdə tutulmur. Kreditin ödənilməməsi borclu ilə bank arasında mülki-hüquqi mübahisədir. Bank məhkəmədə iddia qaldıraraq, borcunuzu məcburi qaydada icra etdirə bilər, əmlakınıza həbs qoya bilər, lakin sırf borca görə cinayət işi açıla bilməz. Cinayət məsuliyyəti yalnız saxtakarlıq, dələduzluq kimi hallarda yaranır. Sırf kredit ödənilməməsi üzündən həbs edilə bilməzsiniz.

Похожие вопросы

Bank zaminliyimə görə məndən tələb edə bilərmi?

cavab yoxdur
18.12.2024
Mən dostuma kredit götürərkən zamin durmuşam. İndi dostum ödəmir, bank məni tələb edir. Zaminlik müqaviləsinin şərtlərinə görə, hansı hallarda cavabdehəm və ödənişdən yayınma hüququm varmı?
0
0
2
Hamısını göstər