cavabın tarixi: 28.11.2024
Banklar Vergi Məcəlləsinə uyğun olaraq müştərinin əməliyyatlarını izləməlidir, lakin əsasən iri məbləğlərdə şübhəli əməliyyatları Maliyyə Monitorinq Xidmətinə bildirir. Vergidən yayınma riskli fəaliyyətdirsə və bank bunu aşkarlasa, qanunvericiliyə əsasən maliyyə orqanlarına xəbər verə bilər. Bank direkt olaraq məsuliyyət daşımır, ancaq çirkli pulların yuyulması və ya terrorizmin maliyyələşməsi şübhəli hallarda məlumat verməyə məcburdur. Sırf vergi qaçırılması isə vergi orqanlarının işidir.