cavabın tarixi: 31.12.2024
Bəli, avtomobil borclunun mülkiyyətindədirsə, icra məmuru o nəqliyyat vasitəsinə həbs qoya bilər. Sizin icarə müqaviləniz var, amma mülkiyyət sahibi yenə də borcludur. Buna görə də icra prosesi çərçivəsində nəqliyyat vasitəsi hərracda satıla və borcun ödənməsi üçün istifadə oluna bilər. Sizin icarə hüququnuz icra tədbirinə maneə yaratmır. Yalnız real mülkiyyət sizin üzərinizdədirsə, icra məmuru əl qoya bilməz.