Yersiz garanti talebi deyə satıcı imtina edirsə nə etməli? - Vakil-az.com

Yersiz garanti talebi deyə satıcı imtina edirsə nə etməli?

cavab yoxdur

Ziyarətçidən sual

0
0
1

24.10.2024

3 ay istifadə etdiyim qulaqcığın mikrofonu işləməkdən qalıb. Satıcı ‘mexaniki zədədir, zəmanətə girmir’ deyib baxmadan imtina edir. Necə isbat edim ki, mən vurub qırmamışam?

Sayt administrasiyası 28.10.2024
cavabın tarixi: 28.10.2024

Qanuna əsasən, qüsurun yaranma səbəbi istehlakçının səhv istifadəsi yox, istehsal və ya material nöqsanıdırsa, zəmanət dövründə təmir ödənişsiz aparılmalıdır. Satıcı qüsurun istifadəçilə bağlı olduğunu iddia edirsə, mütəxəssis rəyi ilə bunu sübut etməlidir. Əgər heç araşdırma aparmadan imtina edirlərsə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinə yazılı şəkildə şikayət edə və ya müstəqil ekspertiza təyin etdirə bilərsiniz. Nəticəyə əsasən məhkəməyə də müraciət etmək hüququnuz var.

Похожие вопросы

İstehlak müqaviləsində haqlarımı necə qoruyum?

cavab yoxdur
23.10.2024
Mən istehlakçı kimi bir mağazadan məişət texnikası aldım və satıcı mənə sırf şifahi vədlər verdi, lakin sonradan yazılı müqavilə təqdim edilmədi. İndi malda problem yaşayıram və satıcı ‘heç bir əlavə zəmanət vermədik’ deyir. Necə sübut edə bilərəm ki, mənə satıcı əvvəlcədən bəzi təminatlar verib? İstehlak müqaviləsində haqlarımı tam qorumaq üçün nələrə diqqət etməliyəm?
Читать далее
0
0
2

Onlayn tur bələdçisi fırıldaq çıxarsa, nə etmək olar?

cavab yoxdur
08.11.2024
İnternetdə turist turu satan birisi ilə danışdım, pulu əvvəlcədən köçürdüm. Şirkət olmadığını sonradan başa düşdüm. Qeydiyyatsız, icazəsiz fəaliyyət göstərir, sonda turu təşkil etmədi. İndi pulum getdi. Hara şikayət edə bilərəm?
0
0
2

Seyf xidməti olan oteldə əşya itərsə kim cavabdehdir?

cavab yoxdur
27.10.2024
Oteldə seyf xidməti var idi, dəyərli əşyalarımı orada saxladım. Lakin sonra əşyaların yoxa çıxdığını gördüm. Otel rəsmiləri ‘biz cavabdeh deyilik’ deyir. İstehlakçı kimi haqlıyam mı?
0
0
1
Hamısını göstər