Maşın ehtiyat hissəsi ‘original’ deyə satılıb, amma saxta çıxdısa, nə etməli? - Vakil-az.com
  • Ana səhifə
  • Suallar
  • Maşın ehtiyat hissəsi ‘original’ deyə satılıb, amma saxta çıxdısa, nə etməli?

Maşın ehtiyat hissəsi ‘original’ deyə satılıb, amma saxta çıxdısa, nə etməli?

cavab yoxdur

Ziyarətçidən sual

0
0
2

31.10.2024

Avtomobil ehtiyat hissəsini ‘original’ nişanıyla aldım. Sonradan ustam dedi ki, bu saxta istehsaldır. Hərçənd satıcı 100 faiz original zəmanət verirdi. Pulumu geri ala bilərəmmi?

Sayt administrasiyası 05.11.2024
cavabın tarixi: 05.11.2024

Bu, istehlakçını aldatmaqdır, malın keyfiyyəti və ya mənşəyi haqda yalan məlumat verilib. İstehlak qanunvericiliyi sizə aldadıcı praktikaya məruz qalma vəziyyətində pulun geri qaytarılmasını və ya ayıba qarşı digər hüquqları (dəyişmə, təmir, tazminat) tələb etmə şansı verir. Satıcıdan qəbul etməsə, məhkəməyə, habelə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərsiniz.

Похожие вопросы

Alınan xidmət keyfiyyətsiz olduqda ödənişi geri ala bilərəmmi?

cavab yoxdur
01.01.2025
Bir gözəllik salonunda saç və makiyaj xidməti aldım, nəticə isə çox pis alındı və düzeltdirmək üçün başqa yerə getməli oldum. İndi ödədiyim pulu geri tələb etmək hüququm varmı? Hər halda xidmət alan istehlakçıyam, keyfiyyətsiz xidmət dolayı bəyənmədim. Bu halda qanun nə deyir?
0
0
1
Hamısını göstər