cavabın tarixi: 30.10.2024
Əgər mobil tətbiq rəsmi turizm agentliyinin platformasıdırsa, məsuliyyəti bu agentlik daşıyır. Onlar otellə rəsmi əməkdaşlıq edirsə, sizin müqaviləniz faktiki agentliklə sayılır. Yalnız ‘marketplace’ funksiyası varsa da, tətbiq sahibi müəyyən məsuliyyətdən qaça bilməz. Turizm qanunvericiliyində ‘satıcı – aracı’ fərqi var. Siz problemi həll edə bilməsəniz, istehlakçı müraciətini müvafiq qaydada agentliyə və ya mobil tətbiqin hüquqi sahibinə yönləndirə bilərsiniz.