Bir prosesdə həm mediator, həm arbitr eyni şəxs ola bilər? Tərəflərə əvvəlcə mediasiya cəhdi, sonra arbitraj? Bu qarışıq model işləyir?
Sayt administrasiyası
29.11.2024
cavabın tarixi: 29.11.2024
Bəzi sistemlər ‘Med-Arb’ modelini tanıyır, yəni eyni prosesdə əvvəlcə mediator kimi tərəfləri barışdırmağa çalışır, alınmazsa arbitr kimi qərar verir. Amma ciddi riskdir: mediator kimi açıqlanan gizli məlumatlar arbitr qərarında təsir edə bilər. Buna görə qərəzsizlik mübahisəli ola bilər. Daha etibarlı yol: əvvəlcə ayrılıqda mediator, sonra başqa arbitr seçilməsidir. Amma razılaşma ilə Med-Arb mümkündür.
Bu mövzuda vəkillərə keçmək üçün aşağıdakı şəhəri seçin:
Tərəflərdən biri xaricdədir. Müqavilədə arbitraj klauzunda arbitrajın harada keçiriləcəyi yazılmayıb. İndi biz haranı seçməliyik? Bu problem yaranırsa necə həll edilir?
Arbitraj prosesi bitdikdən sonra uduzan tərəf məhkəməyə müraciət edərək qərarı ləğv elətdirə bilərmi? Ya da dövlət məhkəməsi öz təşəbbüsü ilə həmin arbitraj qərarını dəyişdirə bilərmi? Mən bilmək istəyirəm ki, arbitraj qərarının yekunluğunu hansı hallar poza bilər?
Əgər biz arbitraja gediriksə, prosesin qaydalarını kim təyin edir? Hakim öz qaydasını tətbiq edir, yoxsa qanunvericilik bunu hazır şəkildə verir? Tərəflər özləri razılaşa bilərmi?
Mən fikir verirəm ki, məhkəmələrdə işlər çox gec uzanır. Arbitraja getsəm, proses maksimum nə qədər vaxt çəkə bilər, bunu öncədən bilmək istəyirəm. Arbitraj prosesində vaxt məhdudiyyəti varmı?
Mən yeni tərəfdaşla böyük bir ticarət müqaviləsi bağlamaq istəyirəm. Çalışıram ki, mübahisə yaranarsa, məhkəmədə yox, arbitrajda həll olsun. Bəs müqaviləyə arbitraj barədə hansı şərtləri və necə yazmalıyam ki, sonradan etibarsız olmasın və tərəflər məhkəməyə yox, məhz arbitraja getsinlər?