Mənim müqaviləmdə arbitraj şərti yoxdur. Qarşı tərəflə mübahisəm var. Onu arbitraja çəkmək istəyirəm, amma müqavilədə belə bir bənd olmayıb. Bu halda mümkün yol nədir, razılaşma olmadan arbitraj başlaya bilərmi?
Sayt administrasiyası
21.12.2024
cavabın tarixi: 21.12.2024
Arbitraj tərəflərin razılığına əsaslanır. Əvvəldən müqavilə şərti yoxdursa, siz istəsəniz də təkbaşına arbitraja başlaya bilməzsiniz. Gərək qarşı tərəf də yazılı şəkildə sonradan ‘arbitraj razılaşması’ etsin. Yəni hər iki tərəf icraata razı olmalıdır. Əks halda mübahisə ümumi məhkəmələrdə həll olunur. Sonradan razılıq protokolu imzalayaraq arbitraj seçmək də mümkündür.
Bu mövzuda vəkillərə keçmək üçün aşağıdakı şəhəri seçin:
Əgər biz arbitraja gediriksə, prosesin qaydalarını kim təyin edir? Hakim öz qaydasını tətbiq edir, yoxsa qanunvericilik bunu hazır şəkildə verir? Tərəflər özləri razılaşa bilərmi?
Mənim xarici arbitraj mərkəzindən lehinə aldığım qərar var, lakin borclu tərəf Azərbaycanda yerləşir. Onlardan borcumu tutmaq üçün bu xarici arbitraj qərarını Azərbaycanda necə tanıtmalı və icraya yönəltməliyəm? Hansı sənədlər və prosedurlar lazımdır?