Yaxın qohum uşağını övladlığa götürmə fikrindəyəm. Yəni xalamın balasıdır. Qanunda qohumluq əlaqəsi olduqda proses daha asan keçirmi, hansı sənədlər lazımdır?
Sayt administrasiyası
06.11.2024
cavabın tarixi: 06.11.2024
Qohumlar arasında övladlığa götürmə prosesi bəzi hallarda daha sürətli olur, çünki uşağın kimə veriləcəyi barəsində şübhə azdır, qan qohumluğundan ötrü sosial adaptasiya daha tez ola bilər. Lakin yenə də uşağın valideynləri və ya qanuni nümayəndələrinin yazılı razılığı, məhkəmə qərarı, sosial orqanların rəyi vacibdir. Qohumluq bu prosesdə əlavə müsbət faktor sayılır, amma tam avtomatik deyil, qanuni prosedurdan keçmək gərəkdir.
Bu mövzuda vəkillərə keçmək üçün aşağıdakı şəhəri seçin:
Məhkəmə aliment və ya uşağın görüş qrafiki barədə qərar verib. Amma qarşı tərəf buna əməl etmir. İcra etmədikdə hansı sanksiyalar tətbiq olunur, polisə müraciət etməkmi lazımdır?
Uzun müddət evlənmək üçün elçilik masraflarını (şirniyyat, hədiyyələr, toy üçün ilkin ödəniş) mən ödəmişdim, amma nişanı pozduq. İndi qarşı tərəf də nişanı istəmir. Bu xərcləri geri istəyə bilərəmmi?
Evliliyimiz dağılandan sonra uşaqların xərclərini demək olar ki, təkbaşına qarşılayıram. Keçmiş həyat yoldaşım nə maddi yardım göstərir, nə də uşaqlarla maraqlanır. Mən aliment tələb edə bilərəmmi və hansı proseduru izləməliyəm, məhkəməyə müraciət etmək mənə nə dərəcədə kömək edər?
Boşanma prosesində həyat yoldaşım mütəmadi imtina edir, məhkəmə iclaslarına gəlmir və süni şəkildə işi uzadır. Bununla bağlı ciddi vaxt itkisi yaşayıram. Mövcud qanunvericiliyə əsasən boşanma işini sürətləndirmək üçün hansı addımları ata bilərəm, prosesi hansı hallarda sürətlənməsi mümkündür?
Mənə xaricdə nigah şəhadətnaməsi verilib. Yoldaşımla Azərbaycanda yaşamaq istəyirik. Bu nikahı burda da tanıtmaq vacibdir, yoxsa avtomatik qəbul olunur?
Rəsmi nikahda olduğum müddət ərzində qazancımla ev və maşın almışam, ancaq sənədlər yalnız mənim adıma qeydiyyatdan keçib. Boşanma zamanı yoldaşımın onlarda pay hüququ varmı?