cavabın tarixi: 25.11.2024
Məhkəmə qərarı əsasında icra sənədi veriləndən sonra icra qurumu borcluya xəbərdarlıq ünvanlayır. Əgər həmin xəbərdarlıqdan sonra da borclu ödəniş etmirsə, icra məmuru borclunun əmlakını və bank hesablarını araşdırır. Uyğun əmlak aşkarlanarsa, həbs qoyulur, bu barədə müvafiq reyestrlərə və ya banklara bildiriş göndərilir. Həbs prosesi sürətli ola bilər, amma praktikada bəzən əmlakın yerləşdiyi yerin müəyyənləşməsi, reyestr sorğuları və qiymətləndirmə proseduru vaxt ala bilir. Əmlakın satılması və tələbin ödənməsi icra məmurunun qərarına əsasən həyata keçirilir. Burada vəkilin işin gedişini sürətləndirməsi və hüquqi sənədlərin düzgün təqdim olunmasında rolu böyükdür.