Mətbəx avadanlığında tez-tez sıradan çıxma ayıp hesab olunurmu? - Vakil-az.com
  • Ana səhifə
  • Suallar
  • Mətbəx avadanlığında tez-tez sıradan çıxma ayıp hesab olunurmu?

Mətbəx avadanlığında tez-tez sıradan çıxma ayıp hesab olunurmu?

cavab yoxdur

Ziyarətçidən sual

0
0
1

10.11.2024

Yeni aldığım qabyuyan maşın ard-arda eyni problemi verir. Hər dəfə ustaya vermək məcburiyyətindəyəm. Satıcı deyir ki, ‘istehsalçı xətası deyil, sizin istifadənizdə problem var’. Belə təkrarlanan nasazlıqlar ayıplı mal sayılırmı?

Sayt administrasiyası 13.11.2024
cavabın tarixi: 13.11.2024

Əgər qabyuyan maşın normal istehsal və qaydalara uyğun istismarda olsa da eyni texniki problemi tez-tez təkrarlayırsa, bu, hər hansı gizli ayıb və ya istehsal qüsuru ola bilər. Satıcı və ya rəsmi servis bunu sübut etməlidir ki, doğrudan da istifadə xətasıdır. Yox əgər sübut etməsə, istehlakçı ayıplı mal hüquqlarına əsaslanaraq dəyişdirilmə, təmir və ya pulun geri qaytarılmasını tələb edə bilər. Eyni qüsur bir neçə dəfə təkrarlanırsa qanun istehlakçını güclü şəkildə müdafiə edir.

Похожие вопросы

Onlayn tur bələdçisi fırıldaq çıxarsa, nə etmək olar?

cavab yoxdur
08.11.2024
İnternetdə turist turu satan birisi ilə danışdım, pulu əvvəlcədən köçürdüm. Şirkət olmadığını sonradan başa düşdüm. Qeydiyyatsız, icazəsiz fəaliyyət göstərir, sonda turu təşkil etmədi. İndi pulum getdi. Hara şikayət edə bilərəm?
0
0
1

Avtomobil icarəsi zamanı gizli xərclər?

cavab yoxdur
23.11.2024
Rent a car şirkəti əvvəlcədən dediyi məbləğdən başqa, ‘sığorta xərcləri, təmizlik xərci, əlavə sürücü haqqı’ kimi detallar üçün məndən pul istəyir. Bu nə dərəcədə qanunidir və hansı qaydalarla tənzimlənir?
0
0
1
Hamısını göstər