Onlayn tur bələdçisi fırıldaq çıxarsa, nə etmək olar? - Vakil-az.com

Onlayn tur bələdçisi fırıldaq çıxarsa, nə etmək olar?

cavab yoxdur

Ziyarətçidən sual

0
0
1

08.11.2024

İnternetdə turist turu satan birisi ilə danışdım, pulu əvvəlcədən köçürdüm. Şirkət olmadığını sonradan başa düşdüm. Qeydiyyatsız, icazəsiz fəaliyyət göstərir, sonda turu təşkil etmədi. İndi pulum getdi. Hara şikayət edə bilərəm?

Sayt administrasiyası 09.11.2024
cavabın tarixi: 09.11.2024

Belə hallarda əvvəlcə lazımi dəlilləri (ödəniş qəbzi, yazışmalar və s.) toplayıb hüquq-mühafizə orqanlarına (polisə) müraciət edə bilərsiniz. Bu, fırıldaqçılıq kimi qiymətləndirilə bilər. Digər tərəfdən istehlak qanunvericiliyi baxımından, satıcı kimi çıxış edən şəxsin rəsmi qeydiyyatı yoxdur, belə olduqda mülki mübahisə ilə bərabər cinayət işi də açıla bilər. Əlavə olaraq bankınızdan da köçürmənin geri qaytarılmasını soruşa bilərsiniz, ancaq nəticə ödəniş yolu və sənədlərə bağlıdır.

Похожие вопросы

Zərərli qida məhsulu tapsam, hansı addımlar atım?

cavab yoxdur
02.12.2024
Marketten aldığım qida məhsulu açanda küflü çıxdı, yararlılıq müddətinə hələ vardı, amma məhsul fəsadlı. Necə sübut edim ki, istehsalçı və ya market günahkardır? Hara müraciət etməli?
0
0
1

Onlayn ödəniş zamanı səhv məbləğ çəkiləndə nə etməli?

cavab yoxdur
01.01.2025
İnternet mağazasında 50 manatlıq alış-veriş edərkən kartımdan təsadüfən 500 manat tutulub. Mağaza səhv etdiyini deyir, lakin pulu hələ də geri qaytarmayıb. Banka müraciət etdim, «satıcı ilə həll edin» cavabını aldım. Bu vəziyyətdə istehlakçı hüquqlarım nələrdir?
0
0
1
Hamısını göstər