Valideyn övladına ev hədiyyə edib, sonradan fikrini dəyişə bilərmi? - Vakil-az.com
  • Ana səhifə
  • Suallar
  • Valideyn övladına ev hədiyyə edib, sonradan fikrini dəyişə bilərmi?

Valideyn övladına ev hədiyyə edib, sonradan fikrini dəyişə bilərmi?

cavab yoxdur

Ziyarətçidən sual

0
0
2

13.11.2024

Ana öz adına olan mənzili oğluna hədiyyə aktı ilə bağışlayır, notariusda təsdiqlənir, reyestrdə oğulun adına keçir. Bir müddət sonra ana deyir ki, ‘geri istəyirəm, əslində mən orada qalmaq istəyirdim’. Mümkündürmü?

Sayt administrasiyası 16.11.2024
cavabın tarixi: 16.11.2024

Rəsmi hədiyyə müqaviləsi imzalanıb və reyestrdə qeydə alınıbsa, mülkiyyət oğula keçmiş sayılır. Ana tekbaşına qərar verib hədiyyəni ləğv edə bilməz. Yalnız Mülki Məcəllədə yazılan ‘nankorluq, hədiyyə edənin həyatına qəsd’ kimi ciddi səbəblər varsa məhkəmədə ləğv iddiası mümkündür. Sadəcə ‘fikrimi dəyişdim’ bəs etmir, mülk artıq oğulundur.

Похожие вопросы

Hamısını göstər