Valyuta kursu dəyişsə, sığorta ödənişi hansı məzənnə ilə hesablansın? - Vakil-az.com
  • Ana səhifə
  • Suallar
  • Valyuta kursu dəyişsə, sığorta ödənişi hansı məzənnə ilə hesablansın?

Valyuta kursu dəyişsə, sığorta ödənişi hansı məzənnə ilə hesablansın?

cavab yoxdur

Ziyarətçidən sual

0
0
0

12.11.2024

Sığorta müqaviləsi dollarla bağlanıb, hadisə vaxtı manat dəyərinin fərqi böyükdür. Sığorta ödənişini şirkət hansı məzənnə ilə hesablamaq öhdəliyindədir?

Sayt administrasiyası 17.11.2024
cavabın tarixi: 17.11.2024

Müqavilədə valyuta seçilibsə, ödəniş də eyni valyutada aparılır. Əgər qonvertasiya lazımdırsa, hadisə tarixindəki və ya ödəniş tarixindəki Mərkəzi Bank məzənnəsi əsas götürülür. Hər iki vəziyyət müqavilədə aydın göstərilməlidir. Qanun kontekstində mübahisə yaranarsa, məhkəmə müvafiq normativ aktları və müqavilədəki bəndləri nəzərdən keçirir.

Похожие вопросы

Sığorta müqaviləsinin ləğvi və ya müddətindən əvvəl başa çatması necə olur?

cavab yoxdur
24.11.2024
Sığorta etdirən və ya sığortaçı, müqavilədə qeyd olunan hallarda və ya qanunda nəzərdə tutulmuş əsaslara görə müqaviləni ləğv edə bilər. Məsələn, sığorta etdirənin sığorta haqqını ödəniş tarixindən gec ödəməsi, müvafiq riskin aradan qalxması və ya müştərinin yanlış informasiya verməsi kimi əsaslar ola bilər. Bu zaman müqavilə ləğv edilir və ödənilən sığorta haqqının bir hissəsi qaytarıla bilər və ya qaytarılmaya bilər.
Читать далее
0
0
0

İpoteka kreditində sığorta tələbi hüquqi olaraq düzgündürmü?

cavab yoxdur
25.12.2024
Bank, ipoteka krediti üçün mənzilə sığorta tələbi qoya bilər. Bu, həm qanunvericiliyin, həm də bankın risk idarəetmə siyasətinin tələblərinə uyğundur. Belə ki, ipoteka predmeti olan mənzil, yanğın və ya digər zərərdən sığortalı olarsa, bankın borcu təminat altına alınır.
0
0
1

Sığortanı onlayn ödədikdən sonra sığorta polisi necə alınır?

cavab yoxdur
28.11.2024
Onlayn ödəmə etdikdən sonra şirkət elektron sığorta polisini e-poçt və ya sms ilə göndərir. Həmçinin fiziki nüsxənin çatdırılması da mümkündür. Elektron polis qanunla eyni hüquqi qüvvəyə malikdir, lakin müştəri istəsə kağız formatı da tələb edə bilər.
0
0
2

Sığorta hadisəsində iştirak edən tərəflərin öhdəlikləri hansılardır?

cavab yoxdur
12.12.2024
Sığorta hadisəsi baş verdikdə, sığorta etdirən dərhal sığortaçıya məlumat verməli, zərərin dəqiq sənədləşdirilməsində köməklik göstərməlidir. Sığortaçı isə vaxtında araşdırma aparmalı, qanuni əsaslar çərçivəsində ödəniş barədə qərar verməli və sığorta məbləğini müəyyənləşdirməlidir. Tərəflər sığorta müqaviləsində yazılan bütün şərtlərə və qanuni öhdəliklərə əməl etməyə borcludur.
Читать далее
0
0
0

Depozit sığortası hansı hallarda müştərini qoruyur?

cavab yoxdur
24.12.2024
Bankda açdığınız depozit dövlətin sığorta fonduna daxildirsə, müəyyən məbləğə qədər sığortalanır. Bank bağlansa, müştəri sığorta fondundan ödəniş alır. Amma sığorta limiti var. Bu necə işləyr?
0
0
1
Hamısını göstər