Tanışım məni çətin vəziyyətdən xilas etdi, uşağımın əməliyyatını ödədi. İndi deyir ki, ‘uşağa mən baxdım, mənim atalıq hüququm var’. DNT yoxdu. Bu iddia qanunidirmi?
Sayt administrasiyası
05.01.2025
cavabın tarixi: 05.01.2025
Maddi yardım göstərməsi şəxsin atalıq hüququ demək deyil. Atalıq hüququnu müəyyənləşdirmək üçün ya könüllü razılaşma, ya məhkəmə qərarı (DNT test) lazımdır. Uşaqla qan bağı yoxdursa, maddi yardım təkbaşına atalıq hüququ vermir. Övladlığa götürmə prosesindən keçmək istəsə, bu da ana və məhkəmənin razılığı ilə mümkündür, sadəcə vəsait ödəmək atalıq sayılmır.
Bu mövzuda vəkillərə keçmək üçün aşağıdakı şəhəri seçin:
Eşimdən boşandıqdan sonra onun soyadını daşımaq istəmirəm. Hansı orqana müraciət etməliyəm, hansı sənədlər tələb olunur? Mümkündürmü ki, doğma soyadımdan başqa tamamilə fərqli soyad seçəm?
Uzun müddət evlənmək üçün elçilik masraflarını (şirniyyat, hədiyyələr, toy üçün ilkin ödəniş) mən ödəmişdim, amma nişanı pozduq. İndi qarşı tərəf də nişanı istəmir. Bu xərcləri geri istəyə bilərəmmi?
Həyat yoldaşımın ağır xətaları ucbatından həyatım zərər çəkib, psixoloji sarsıntı yaşamışam. Boşanma prosesində mənəvi təzminat tələb etmək mümkündürmü və necə sübut etmək lazımdır?
Eşimlə ayrılmışıq, amma rəsmi boşanma yoxdur. Uşağı xaricə aparıb orada məktəbə yazdırmaq istəyirəm. Atası razı deyil. Bu mümkündürmü və qanun nə deyir?