Yeniyetmə uşağı nənənin yanına göndərsəm, valideyn hüququndan məhrum olarmıyam? - Vakil-az.com
  • Ana səhifə
  • Suallar
  • Yeniyetmə uşağı nənənin yanına göndərsəm, valideyn hüququndan məhrum olarmıyam?

Yeniyetmə uşağı nənənin yanına göndərsəm, valideyn hüququndan məhrum olarmıyam?

cavab yoxdur

Ziyarətçidən sual

0
0
2

13.12.2024

İşlə bağlı başqa şəhərə gedirəm, uşağımı anama verib orada yaşamasını istəyirəm. Bu məni hüquqdan məhrum etməz ki, məhkəmə deyə bilər k, uşağına baxmır?

Sayt administrasiyası 14.12.2024
cavabın tarixi: 14.12.2024

Uşağın keçici olaraq nənədə qalması valideyn hüququndan məhrum edilməyə səbəb deyil. Əsas odur ki, uşağın maraqları qorunsun, maddi və mənəvi tələbatlar qarşılanırsa, problem yoxdur. Valideynlik hüququndan məhrum olmaq üçün daha ağır səbəblər tələb olunur (zorakılıq, laqeydlik, sərxoşluq və s.). Sadəcə uzunmüddətli şəkildə əlaqədən qaçınmaq riskli ola bilər, lakin normal səbəblə gedirsinizsə, məhkəmə bunu əsas saymaz.

Похожие вопросы

Xaricdə boşansaq Azərbaycanda tanınırmı?

cavab yoxdur
26.11.2024
Azərbaycan vətəndaşıyam, xaricdə nikaha girmişəm və orada boşandım. Bu boşanma qərarını Azərbaycanda da tanıtmaq istəyirəm ki, burada da subay kimi görsənim. Hansi prosedurdan istifadə edim?
0
0
3

Boşanma məhkəməsində təqsirli tərəf necə müəyyənləşdirilir?

cavab yoxdur
09.12.2024
Bəzən yoldaşımdan boşanmaq istədiyimi söylədikdə, o, guya mənim təqsirimlə ailənin dağıldığını iddia edir. Azərbaycanda boşanma prosesində məhkəmə hansı tərəfin ailə münasibətlərini pozduğunu nəzərə alırmı, yoxsa sadəcə nikahın qurtarması faktını qəbul edirmi?
0
0
9

Eşimlə ayrı yaşadıqda boşanma olmadan aliment ala bilərəmmi?

cavab yoxdur
02.12.2024
Uzun müddətdir ki, rəsmi nikahdayıq, ancaq faktiki olaraq ayrı yaşayırıq. Hələ boşanmamışıq, amma uşaqların və mənim xərclərim böyükdür. Bu halda boşanma prosesi başlamadan da aliment tələb etməyim mümkündürmü və necə?
0
0
2
Hamısını göstər