Yersiz garanti talebi deyə satıcı imtina edirsə nə etməli? - Vakil-az.com

Yersiz garanti talebi deyə satıcı imtina edirsə nə etməli?

cavab yoxdur

Ziyarətçidən sual

0
0
0

24.10.2024

3 ay istifadə etdiyim qulaqcığın mikrofonu işləməkdən qalıb. Satıcı ‘mexaniki zədədir, zəmanətə girmir’ deyib baxmadan imtina edir. Necə isbat edim ki, mən vurub qırmamışam?

Sayt administrasiyası 28.10.2024
cavabın tarixi: 28.10.2024

Qanuna əsasən, qüsurun yaranma səbəbi istehlakçının səhv istifadəsi yox, istehsal və ya material nöqsanıdırsa, zəmanət dövründə təmir ödənişsiz aparılmalıdır. Satıcı qüsurun istifadəçilə bağlı olduğunu iddia edirsə, mütəxəssis rəyi ilə bunu sübut etməlidir. Əgər heç araşdırma aparmadan imtina edirlərsə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinə yazılı şəkildə şikayət edə və ya müstəqil ekspertiza təyin etdirə bilərsiniz. Nəticəyə əsasən məhkəməyə də müraciət etmək hüququnuz var.

Похожие вопросы

Alınan xidmət keyfiyyətsiz olduqda ödənişi geri ala bilərəmmi?

cavab yoxdur
01.01.2025
Bir gözəllik salonunda saç və makiyaj xidməti aldım, nəticə isə çox pis alındı və düzeltdirmək üçün başqa yerə getməli oldum. İndi ödədiyim pulu geri tələb etmək hüququm varmı? Hər halda xidmət alan istehlakçıyam, keyfiyyətsiz xidmət dolayı bəyənmədim. Bu halda qanun nə deyir?
0
0
0

Onlayn tur bələdçisi fırıldaq çıxarsa, nə etmək olar?

cavab yoxdur
08.11.2024
İnternetdə turist turu satan birisi ilə danışdım, pulu əvvəlcədən köçürdüm. Şirkət olmadığını sonradan başa düşdüm. Qeydiyyatsız, icazəsiz fəaliyyət göstərir, sonda turu təşkil etmədi. İndi pulum getdi. Hara şikayət edə bilərəm?
0
0
0
Hamısını göstər