Mənə xaricdə nigah şəhadətnaməsi verilib. Yoldaşımla Azərbaycanda yaşamaq istəyirik. Bu nikahı burda da tanıtmaq vacibdir, yoxsa avtomatik qəbul olunur?
Sayt administrasiyası
10.12.2024
cavabın tarixi: 10.12.2024
Xarici ölkədə bağladığınız nikah sənədini Azərbaycan müvafiq qurumlarında (ASAN Xidmət və ya qeydiyyat orqanı) qeydiyyatdan keçirməlisiniz. ‘Apostil’ və rəsmi tərcümə tələb olunur. Bu prosedurdan keçməsəniz, dövlət sistemində nikahınız qeyd olunmamış kimi görünə bilər. Tanınma proseduru sadədir: sənədləri təqdim edirsiniz, onaylandıqdan sonra Azərbaycan reyestrində evli statusunuz qeydə alınır.
Bu mövzuda vəkillərə keçmək üçün aşağıdakı şəhəri seçin:
Mənim hal-hazırda övladım üçün ödədiyim aliment var. Amma maliyyə vəziyyətim pisləşib, maaşım xeyli azalıb. Bu səbəbdən aliment məbləğini azaltmaq üçün məhkəməyə müraciət edə bilərəmmi?
Evdə həyat yoldaşım və ya digər ailə üzvləri tərəfindən zorakılığa məruz qalıram, ancaq hüquqi tərəfdən necə müdafiə olunacağımı bilmirəm. Həm təcili yardım, həm də uzunmüddətli hüquqi addımlar baxımından nələr edə bilərəm, hansı orqanlara müraciət etməliyəm?
Tanışım məni çətin vəziyyətdən xilas etdi, uşağımın əməliyyatını ödədi. İndi deyir ki, ‘uşağa mən baxdım, mənim atalıq hüququm var’. DNT yoxdu. Bu iddia qanunidirmi?
Azərbaycan vətəndaşıyam, xaricdə nikaha girmişəm və orada boşandım. Bu boşanma qərarını Azərbaycanda da tanıtmaq istəyirəm ki, burada da subay kimi görsənim. Hansi prosedurdan istifadə edim?